×
A
A
A
Sazlamalar

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Bakı, 7 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında Maliyyə Nazirliyinin aparatına 1090 vətəndaş müraciəti ünvanlanıb.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, müraciətlərin 828-i ərizə, 252-si şikayət, 10-u təklif olub.
Maliyyə Nazirliyində 99 müraciət üzrə 53 vətəndaş qəbul edilib.
Yarım ildə Çağrı Mərkəzinə edilən zənglərin sayı 9396 olub ki, bunun 9156-sı birbaşa zəng, 240-ı səsli mesajdır. Zənglərin 9392-si sual xarakterli, 4-ü şikayət xarakterli olub.
Hesabat dövründə Maliyyə Nazirliyi 315 məhkəmə işinə cavabdeh qismində cəlb olunub. Məhkəmə işlərindən 125-i başa çatıb, nəticədə 60 milyon manat qənaət edilib. Nazirlik 23 cinayət işinə zərərçəkmiş şəxs qismində cəlb olunub, 2 cinayət işi başa çatıb, nəticədə 1,02 milyon manat bərpa olunub.

İqtisadiyyat 2026-08-07 16:33:00