


Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib
Bakı, 7 avqust, AZƏRTAC
İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini böyük ehtiramla yad edib. Daha sonra Şəhidlər Xiyabanına və Zəfər abidəsinə gələrək qəhrəman övladlarımızın xatirəsini hörmətlə anıblar.
Səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov iranlı həmkarı Əhməd Dünya Mali və geniştərkibli nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə tərəflər arasında gənclər və idman sahələrində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.
Görüşün yekununda “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.
Qeyd edək ki, səfər çərçivəsində nazir Əhməd Dünya Mali və nümayəndə heyəti Bakıda bir sıra idman qurğuları ilə tanış olacaq.
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV