×
A
A
A
Sazlamalar

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin Türkiyənin “Ərzurumspor” klubuna transferi tamamlanıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 22 yaşlı hücumçu Superliqanın yeni iştirakçısı ilə 1 illik icarə müqaviləsi imzalayıb.
Artıq komandanın düşərgəsində olan forvard tibbi müayinədən uğurla keçib.
Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında “Qarabağ”dan keçib və 3,5 illik müqaviləyə imza atıb.

Müxbir – Cavid Əliyev

İdman 2026-08-07 15:55:00