


İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycana səfərə gəlmiş İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Mali Bakı Su İdman Sarayında olub.
AZƏRTAC xəbər verir ki, qonağa idman qurğusunun fəaliyyəti, mövcud infrastruktur imkanları və burada keçirilən yarışlar barədə məlumat verilib. Qeyd edilib ki, müasir tələblərə cavab verən idman kompleksi müxtəlif su idman növləri üzrə beynəlxalq və yerli yarışların təşkili üçün əlverişli şərait yaradır.
Nazirə obyektin texniki göstəriciləri və idmançıların hazırlığı üçün yaradılan imkanlar da təqdim olunub.
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib