×
A
A
A
Sazlamalar

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Bak, 7 avqust, AZƏRTAC

Bu ilin I yarısında Maliyyə Nazirliyi 83 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, nəzarət tədbirlərinin 51-i hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-si isə plandankənar yoxlamalar əsasında aparılıb.
Nəzarət tədbirləri çərçivəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib, 2,6 milyon manat vəsaitin ilkin maliyyə nəzarəti ilə israfının qarşısı alınıb.

İqtisadiyyat 2026-08-07 15:47:00