


® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
“Fitch” Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq bankın uzunmüddətli emitentin defolt reytinqini BB səviyyəsindən BB+ səviyyəsinə yüksəldib. Eyni zamanda, ABB-nin dayanıqlılıq reytinqi bb səviyyəsindən bb+ səviyyəsinə yüksəldilib. Reytinq proqnozu stabil olaraq müəyyənləşib.
Bu, “Fitch”in son 15 ildə ABB-yə verdiyi ən yüksək reytinqlərdir. Ümumilikdə isə hazırda ABB-nin beynəlxalq reytinqləri ölkənin maliyyə sektorunda ən yüksək reytinqlər sayılır.
Reytinqin yüksəldilməsi ABB-nin maliyyə profilinin güclü qalması və risk profilinin yaxşılaşması ilə bağlıdır. “Fitch” ekspertlərinin rəyinə görə, bankın bazar mövqeyi güclü, balans strukturu dayanıqlı, maliyyə göstəriciləri möhkəmdir. Ortamüddətli perspektivdə bankın kredit portfeli artmaqda davam edəcək, aktivlərinin keyfiyyəti və gəlirliliyi isə yüksək səviyyədə qalacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib