×
A
A
A
Sazlamalar

“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib

Bakı, 7 avqust, AZƏRTAC
Türkiyənin "Fənərbağça" komandasının sabiq futbolçusu Sərdar Dursun karyerasını “Qaziantep”də davam etdirəcək.
AZƏRTAC Superliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Təcrübəli forvard son olaraq "Kocaelispor"un heyətində çıxış edib.
Qeyd edək ki, Sərdar Dursun 2020–2021-ci illər mövsümündə Almaniyanın II Bundesliqasında bombardir olub.

İdman 2026-08-07 15:19:00