


Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib
Bakı, 7 avqust, AZƏRTAC
Bu ilin I yarısında Azərbaycanda dövlət investisiya proqramı çərçivəsində ümumilikdə 287 layihə icra edilib.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, onların həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 810,2 milyon manatı istifadə olunub.
Həmin vəsaitin 337,8 milyon manatı nəqliyyat layihələrinə (icra 33 faiz), 151,2 milyon manatı su təsərrüfatı və meliorasiya layihələrinə (27 faiz), 51,2 milyon manatı sosial layihələrə (20 faiz), 37,9 milyon manatı energetika və sənaye layihələrinə (18 faiz), 60,9 milyon manatı müdafiə və hüquq-mühafizə layihələrinə (34 faiz), 171,2 milyon manatı sair layihələr üzrə (36 faiz) xərclərə yönəldilib.
Hesabat dövründə investisiya proqramı üzrə icra edilən layihələrin 42-si nəqliyyat, 88-i su təsərrüfatı və meliorasiya, 63-ü sosial, 11-i energetika və sənaye, 40-ı müdafiə və hüquq-mühafizə, 43-ü isə digər layihələr olub.
“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib