


Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb
Bakı, 7 avqust, AZƏRTAC
“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın “Baa3” kredit reytinqini “müsbət” proqnozla təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq reytinq agentliyinin hesabatında ölkəmizin bank sistemində aparılan prudensial siyasət və tətbiq olunan requlyativ kapital tələbləri yüksək qiymətləndirilib.
“Nəzarət çərçivəsinin və prudensial tənzimləmənin beynəlxalq standartlara uyğunluğunun təkmilləşdirilməsi bank sektorunun dayanıqlılığını gücləndirən əsas amillərdəndir. Tətbiq olunan kapital tələbləri bankların ödəmə qabiliyyətini artırır”, - deyə hesabatda bildirilir.
Eyni zamanda, agentlik Azərbaycanda Bazel III çərçivəsində yeni kapital buferlərinin tətbiq edildiyini, Bazel III standartlarına tam uyğunluğun isə 2027-ci ildə təmin olunmasının gözlənildiyini qeyd edib.
“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb
“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib