


Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
Bakı, 7 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Qarabağ, Gəncə-Daşkəsən və Mərkəzi Aran regionları üzrə incəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təşkil olunan və 450-dən çox iştirakçını əhatə edən inkişafyönümlü təlimlər çərçivəsində əyani dərslər yekunlaşıb.
Bu barədə AZƏRTAC-a MEMİM-dəm məlumat verilib.
Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə iyun ayından distant formatda başlayan təlimlərin səmərəliliyinin artırılması və iştirakçıların praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə əyani məşğələlər də təşkil edilib. Fortepiano, tar, kamança və qarmon ixtisasları üzrə əyani dərslər iyulun 9-dan 31-dək Ağcabədi, Gəncə və Mingəçevir şəhərlərində, avqustun 4-6-da isə Bakı şəhərində keçirilib. Bakı şəhərində əyani təlimlər paytaxtda və Abşeron rayonunda fəaliyyət göstərən Qarabağ Regional Mədəniyyət İdarəsinə tabeli məktəblərin təhsilverənləri üçün nəzərdə tutulub.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin rəhbər işçiləri Gəncə, Mingəçevir və Bakı şəhərlərində əyani təlimlərdə iştirak edərək dərslərin gedişatını izləyiblər. Bildirilib ki, təlimlər təhsilverənlərin növbəti işə qəbul üzrə müsabiqəyə daha hazırlıqlı şəkildə qatılmaları baxımından da böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, təlimlər attestasiya zamanı komissiya üzvlərinin səsverməsi nəticəsində kiçik səs çoxluğu ilə (2 lehinə, 3 əleyhinə səslə) tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlər üçün keçirilir. 2 aylıq təlim müddətində ümumilikdə 12 ixtisas və 3 nəzəri, tədris metodiki fənn üzrə məşğələlər yüksəkixtisaslı, təcrübəli müəllimlər tərəfindən aparılır.
Əyani formatda dərslər yekunlaşsa da, nəzəriyyə ixtisası üzrə distant təlimlər davam edir.
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır
Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır