×
A
A
A
Sazlamalar

Yekaterinburqa dron hücumu olub

Bakı, 7 avqust, AZƏRTAC

Yekaterinburqdakı “Wildberries” logistika müəssisəsində dron hücumu nəticəsində yanğın baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Yanğınsöndürmə briqadaları şirkətin Sverdlovsk vilayətinin Yekaterinburq şəhərindəki logistika obyektində işləyir", - deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, obyekt əvvəlcədən təxliyə edilib.

Dünya 2026-08-07 08:55:00