


Türkiyə HHQ-nin yeni komandanı təyin edilib
Ankara, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan, Silahlı Qüvvələrin Baş qərargah rəisi Selçuk Bayraktaroğlu və digər rəsmi şəxslər iştirak ediblər.
İclasın yekunlarına dair mühüm kadr dəyişiklikləri ilə bağlı bir neçə qərar elan edilib. Rotasiya yüksək hərbi vəzifələri əhatə edib.
Rafet Dalkıran Türkiyə ordusu Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı təyin olunub. Bununla yanaşı, 25 general və admiralın rütbələri artırılıb, habelə 69 polkovnik general və admiral rütbələrinə yüksəldilib.
Ali Hərbi Şuranın qərarı 2026-cı il avqustun 30-da qüvvəyə minəcək.
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir
Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır
Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB