


Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Bakı, 7 avqust, AZƏRTAC
Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, hücuma məruz qalan üç müəllim və üç şagird həlak olub. Məktəbə hücum edən şagirdin isə intihar etdiyi iddia olunur.
Yaralanan 15 nəfər xəstəxanalara yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
08:04
Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində iki nəfər ölüb, 20-dən çox insan yaralanıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində iki müəllim həlak olub, daha üç müəllimin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları və təcili yardım xidmətləri hadisə yerində işləyir.
Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Yekaterinburqa dron hücumu olub
Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib
Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib