×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bakı, 4 avqust, AZƏRTAC

Bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13 milyard 767,9 milyon dollar təşkil edib.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, bu rəqəm ötən ayın eyni dövrü ilə müqayisədə 610,3 milyon dollar çoxdur.

İqtisadiyyat 2026-08-04 15:17:00