


Media: Almaniyada yeni mülki xidmətin tətbiqi üçün hazırlıqlar görülür
Berlin, 4 avqust, AZƏRTAC
Almaniya hökuməti ölkədə məcburi hərbi xidmətin yenidən tətbiq olunacağı təqdirdə yeni mülki xidmət sisteminin yaradılması ilə bağlı hazırlıq işləri görür.
AZƏRTAC yerli mediaya istinadla bildirir ki, Federal Ailə Nazirliyinin məlumatına görə, son aylarda 23 iri birlik və təşkilatla məsləhətləşmələr keçirilib. Məqsəd hərbi xidmətdən imtina edən şəxslər üçün alternativ xidmət imkanlarının müəyyənləşdirilməsi olub. Sorğuda iştirak edən 23 təşkilatdan 22-si belə vəziyyət yaranacağı halda mövcud infrastrukturun və xidmət yerlərinin hazır olduğunu qeyd edib.
Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı blokunun Bundestaqdakı fraksiyasının rəhbəri Torsten Fray mümkün yeni mülki xidmət üçün əvvəlcədən hazırlıq görülməsini düzgün və ağıllı addım adlandırıb. O bildirib ki, hazırda hərbi xidmətin bərpası ilə bağlı yekun qərar yoxdur, lakin gələcəkdə sürətli qərarların qəbul edilməsinə ehtiyac yarana bilər.
Almaniyada məcburi hərbi xidmət 2011-ci ilin iyulunda dayandırılıb və bu, praktiki olaraq həm hərbi, həm də mülki xidmət sisteminin ləğvi ilə nəticələnib. Onun əvəzinə Federal Könüllü Xidməti yaradılıb.
Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub
ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur
ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq
İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır