


İran Prezidenti istefa verməsi barədə xəbərləri təkzib edib
Bakı, 4 avqust, AZƏRTAC
İran Prezidenti Məsud Pezeşkian çərşənbə axşamı ABŞ ilə davam edən hərbi gərginlik fonunda istefa ərizəsi təqdim etməsi ilə bağlı xəbərləri təkzib edib.
AZƏRTAC xəbər verir ki, Pezeşkian rəsmi IRNA xəbər agentliyi tərəfindən yayımlanan televiziya çıxışında bildirib: “Əgər istefa verəcək olsaydım, bunu açıq şəkildə elan edərdim. İstefa verməyəcəyəm və mübarizəni davam etdirəcəyəm”.
O, həmçinin Ali Lider Müctəba Xamenei və silahlı qüvvələrlə fikir ayrılıqları iddialarını təkzib edərək, onlarla tam harmoniya içində çalışdığını vurğulayıb. “Hamı bilir ki, hər hansı bir fikir ayrılığı yaranarsa, silahlı qüvvələr Xamenei ilə birlikdə olacaq”, - deyə o əlavə edib.
İranın müxalifət mediası Pezeşkianın istefa ərizəsini Xameneiyə bir neçə dəfə təqdim etdiyini iddia etmişdi.
ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib