


Böyük Britaniya xəstəxanalarında tibb işçilərinə qarşı irqçi davranışlar artır
London, 4 avqust, AZƏRTAC
Böyük Britaniyanın dövlət səhiyyə sistemində həkimlərə və tibb işçilərinə qarşı irqçi təhqir və ayrı-seçkilik hallarının artdığı bildirilir.
AZƏRTAC xəbər verir ki, Radioloqlar Cəmiyyətinin məlumatına görə, son 18 ay ərzində xəstələr tərəfindən edilən irqçi təhqirlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Məlumata əsasən, bəzi tibb işçiləri “meymun”, “çirkli əcnəbi” kimi təhqirlərə məruz qalır, bəzi xəstələr isə qeyri-ağdərili həkim və tibb personalı tərəfindən müalicə olunmaqdan imtina edirlər. Həmçinin “bura gəlib işlərimizi əlimizdən alırlar” kimi ksenofob ifadələrin də səsləndirildiyi qeyd olunur.
Radioloqlar Cəmiyyətinin üzvləri arasında keçirilən sorğunun nəticələrinə görə, bəzi səhiyyə işçiləri bu cür irqçi davranışları artıq peşələrinin qaçılmaz hissəsi kimi qəbul etməyə məcbur olduqlarını deyiblər.
ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib