


Londonda oğurluqlara qarşı yeni texnologiya tətbiq olunur
London, 4 avqust, AZƏRTAC
Böyük Britaniyanın paytaxtı Londonda polis mağaza oğurluqlarına qarşı mübarizəni gücləndirmək məqsədilə yeni texnologiyanın sınaqlarına başlayıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hazırda Londonun altı rayonunda sınaqdan keçirilən sistem sayəsində pərakəndə satış şirkətləri təhlükəsizlik kameralarının görüntülərini, şahid ifadələrini və digər sübutları birbaşa polisə göndərə bilir.
Yeni proqram istintaq prosesini əhəmiyyətli dərəcədə sürətləndirib. Əvvəllər polis əməkdaşlarının CCTV görüntülərini əldə etməsi üçün bəzən 28 gün və ya daha çox vaxt tələb olunurdusa, indi həmin materiallara bir neçə dəqiqə ərzində çıxış mümkün olur.
Texnologiyadan artıq “Tesco”, “Boots”, “Marks & Spencer” və “Greggs” kimi iri pərakəndə satış şəbəkələri istifadə edir. Şirkətlərdən bildirilib ki, son illərdə mağaza oğurluqlarının artması biznes üçün ciddi problemə çevrilib.
ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib