


Yay aylarında təcili tibbi yardıma ən çox nə ilə bağlı müraciətlər daxil olur?
Bakı, 4 avqust, AZƏRTAC
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri üzrə yay aylarında gün ərzində təxminən 2000-3000 müraciət qeydə alınır. Çağırışlar, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və digər səbəblərlə bağlı olur.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə regionlar üzrə də daxil olan çağırışlar əsasən arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və digər səbəblərlə bağlıdır.
Müxbir- Günel Türksoy
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar