


“Citigroup”: Qızılın qiyməti dördüncü rübdə 4500 dollara yüksələ bilər
Bakı, 4 avqust, AZƏRTAC
Cari ilin dördüncü rübündə qızılın bir troya unsiyasının qiyməti 4500 dollara yüksələ bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu proqnozla ABŞ-nin üçüncü böyük bankı olan “Citigroup”un analitikləri çıxış ediblər.
Bank qızılın qiymətinin növbəti ay ərzində sabit qalacağını və ya bir qədər azalacağını, ilin dördüncü rübündə 4500 dollara, gələn ilin birinci yarısında isə 5000 dollara yüksələcəyini proqnozlaşdırır.
Qeyd edək ki, iyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib. Qızılın qiyməti ötən həftə ərzində 0,6 faiz artım göstərib, iyul ayında isə təxminən 1,7 faiz bahalaşıb.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir. Dollar indeksi bir ildən çox müddət ərzində ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir.
“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib