×
A
A
A
Sazlamalar

Füzulidə açıq ərazidə yanğın baş verib

Bakı, 3 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.

Cəmiyyət 2026-08-03 23:14:00