


İstanbulda torpaq sürüşməsi baş verib
İstanbul, 3 avqust, AZƏRTAC
İstanbulun Böyükçekməcə rayonunun Mimar Sinan sahili ərazisində torpaq sürüşməsi baş verib.
AZƏRTAC xəbər verir ki, sahil ilə yaşayış binaları arasında yerləşən torpaq sahəsinin çökməsi nəticəsində sürüşən torpaq sahil yolunun bir hissəsini bağlayıb.
Hadisə zamanı sahildə olan insanlar arasında təşviş yaranıb. Əraziyə polis, təcili tibbi yardım və çoxsaylı yanğın-xilasetmə briqadaları cəlb edilib.
İlkin məlumatda torpaq altında qalan insanların olduğu bildirilib. Bu ehtimala qarşı bölgədə axtarış-xilasetmə əməliyyatı başladılıb.
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO
Fransada qalmaqal: Ayrı-seçkilik ittihamlarından sonra Aqd şəhərindəki mübahisəli afişa yığışdırılıb
Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib
Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb