


Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
Bakı, 7 avqust, AZƏRTAC
İyul ayında qlobal ərzaq qiymətləri indeksi 0,6 faiz artaraq son üç ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Bildirilir ki, FAO-nun ərzaq qiymətləri indeksi iyulda orta hesabla 131,1 bənd təşkil edib. İndeks aylıq olaraq 0,6 faiz, illik əsasda isə 1 faiz artıb. Taxıl, şəkər tozu və bitki yağlarının qiymət indekslərindəki artımlar ət və süd məhsulları indekslərindəki azalmalarla qismən kompensasiya edilib.
Taxıl qiymətləri indeksi iyulda orta hesabla 113,8 bənd təşkil edib, iyunla müqayisədə 3,4 faiz, 2025-ci ilin iyul ayı ilə müqayisədə isə 6,9 faiz artıb. Qlobal buğda qiymətləri 5,8 faiz artıb və bir il əvvəlki səviyyədən 9,9 faiz yüksəkdir. Qarğıdalı qiymətləri də iyun ayı ilə müqayisədə 3,6 faiz artıb. Düyü qiymət indeksi iyulda sabit qalıb. Ötən ay bitki yağı qiymət indeksi orta hesabla 195,7 bənd təşkil edib, aylıq olaraq 2 faiz artaraq 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.
Ət qiymət indeksi iyulda orta hesabla 127,7 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 2,8 faiz azalsa da, bir il əvvəlki səviyyədən 0,8 faiz yüksək olub. Süd məhsulları qiymət indeksi orta hesabla 116,2 bənd olub. İndeks iyun ayı ilə müqayisədə 0,7 faiz, illik müqayisədə isə 24,8 faiz azalıb. Kərə yağı qiymətləri 2,4 faiz azalıb. Pendir qiymət indeksi 1,7 faiz artaraq 2025-ci ilin iyul ayından bəri ilk aylıq artımını nümayiş etdirib. Şəkər tozu qiymət indeksi iyulda orta hesabla 95 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 5,6 faiz artsa da, bir il əvvəlki səviyyədən 8 faiz aşağı olub.
Ekspertlərin fikrincə, taxıl, şəkər və bitki yağlarının səbəb olduğu bu artım Qara dəniz taxıl dəhlizi və əsas istehsal bölgələrindəki əlverişsiz hava şəraiti ilə bağlı narahatlıqlar səbəbindən baş verib.
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO
Fransada qalmaqal: Ayrı-seçkilik ittihamlarından sonra Aqd şəhərindəki mübahisəli afişa yığışdırılıb
Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib
Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir