×
A
A
A
Sazlamalar

15 yaşlı yeniyetmə dənizdə batıb

Bakı, 3 avqust, AZƏRTAC
Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz sahəsində bir nəfər batıb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.
Hazırda 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarışlar davam etdirilir.

Cəmiyyət 2026-08-03 20:37:00