


Nazirlik: Çimərlik mövsümü başlayandan indiyədək 40 nəfərin meyiti suda tapılıb, 55 nəfər xilas edilib
Bakı, 3 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə cari ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində sudaboğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.
Eyni zamanda, qeyd olunub ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar