


“Yüksəliş” müsabiqəsinin qalibləri ilə strateji qərarların qəbulu prosesində prioritetlərə dair fikir mübadiləsi aparılıb
Bakı, 3 avqust, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov V “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər, eləcə də iqtisadi transformasiya şəraitində rəhbər şəxslər üçün zəruri bilik və bacarıqlar barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, fərdi inkişaf planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr nəzərdən keçirilib, bu sahədə qazanılmış təcrübə dəyərləndirilib.
“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib