


“Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub
Bakı, 3 avqust, AZƏRTAC
"Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Konstantinos Vasiliadis ilə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə sözləşmənin müddəti yenidən dəyərləndiriləcək.
Yunanıstanlı mütəxəssis son olaraq İspaniyanın "Lusentum Alikante" klubunu (2025-2026) çalışdırıb.
Qeyd edək ki, Konstantinos Vasiliadis zəngin basketbolçu karyerası ilə tanınır. 42 yaşlı mütəxəssis vaxtilə "Olimpiakos", PAOK, "Unikaxa Malaqa", "Anadolu Efes" və "Bilbao Basket" kimi Avropanın önəmli klublarında çıxış edib.
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV