


Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çinin “Pardus MK” komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində uğurla çıxış edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ikigünlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan təmsilçimiz növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.
Qeyd edək ki, Viktoriya Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV