×
A
A
A
Sazlamalar

“Sumqayıt” braziliyalı hücumçu transfer edib

Bakı, 3 avqust, AZƏRTAC

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son komandası Braziliya “Kaşias”ı olan hücumçu Jam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 31 yaşlı forvard Braziliyanın “Fortaleza” klubunun yetirməsidir

İdman 2026-08-03 17:40:00