×
A
A
A
Sazlamalar

“Borussiya” Yunanıstan millisinin futbolçusunu transfer edib

Bakı, 3 avqust, AZƏRTAC
Almaniyanın “Borussiya” (Dortmund) klubu Yunanıstan milli komandasının futbolçusu Konstantinos Karetsasın transferini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund təmsilçisinə Belçikanın “Genk” klubundan keçib. Tərəflər arasında 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
“Transfermarkt” portalının məlumatına görə, “Borussiya” klubu bu transfer üçün 30 milyon avro ödəyib.
Qeyd edək ki, Konstantinos Karetsas ötən mövsüm “Genk”in heyətində keçirdiyi 49 oyunda 3 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, Yunanıstan milli komandasında isə 3 qola imza atıb.

İdman 2026-08-03 16:50:00