


Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum olub
Bakı, 3 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi bəlli olub.
Ağdam klubu III raundda Ukraynanın “Dinamo” (Kiyev) komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu mərhələdə ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Dinamo” ilə ilk matçını avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV