


İngiltərə Futbol Assosiasiyası da İnfantinoya dəstəyini geri çəkməyə hazırlaşır
London, 3 avqust, AZƏRTAC
İngiltərə Futbol Assosiasiyası FIFA prezidenti Canni İnfantinonun 2027–2031-ci illər üçün yenidən təşkilatın rəhbəri seçilməsinə dəstəyini geri çəkməyə hazırlaşır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu qərar FIFA-nın dünya çempionatı da daxil olmaqla, öz bayrağı altında keçirdiyi yarışlardakı paylarının özəl investorlara satılması imkanını nəzərdən keçirməsi səbəbindən gündəmə gəlib.
Sözügedən təşəbbüs maraqlı tərəflərin ciddi etirazı səbəbindən ötən həftə dayandırılıb. Bundan sonra diqqət İnfantinonun yenidən prezident seçilmək planlarına yönəlib və onun namizədliyi daha ciddi müzakirə olunmağa başlayıb.
Bundan əvvəl Uels Futbol Assosiasiyası İnfantinonun namizədliyinə verdiyi dəstəyi rəsmi şəkildə geri götürən ilk milli federasiya olub.
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV