


ANAMA: Ötən ay 788 mina və 2106 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyulda icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 614, tankəleyhinə 174 mina və 2106 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 8012,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar