


Almaniyanın DAX fond indeksi həftəyə tarixi maksimumla başlayıb
Berlin, 3 avqust, AZƏRTAC
Almaniyanın aparıcı fond indeksi DAX həftənin ilk günündə tarixi maksimumu yeniləyib.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla bildirir ki, indeks ticarətin açılışında 1,11 faiz artaraq 25.912,59 bəndə yüksəlib və iyulun əvvəlində qeydə alınmış əvvəlki rekordu (25.900) geridə qoyub.
Bu yüksəlişə ABŞ ilə İran arasında gərginliyin azalacağına dair gözləntilər təsir göstərib. ABŞ Prezidenti Donald Trampın İranla yeni danışıqların keçiriləcəyinə və genişmiqyaslı hərbi əməliyyatın ləğv edilməsinə dair açıqlaması dünya bazarında neftin qiymətlərinin ucuzlaşmasına, inflyasiya və faiz dərəcələrinin artacağı ilə bağlı narahatlıqların zəifləməsinə səbəb olub.
ABŞ və Avropa şirkətlərinin rüblük maliyyə hesabatlarının gözləntiləri üstələməsi, həmçinin texnologiya sektorunda, xüsusilə “Microsoft” və “Amazon” şirkətlərinin güclü maliyyə nəticələri də investorların risk iştahasını artıraraq DAX indeksinin rekord səviyyəyə yüksəlməsinə əlavə dəstək verib.
Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub
ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur
ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq
İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır