×
A
A
A
Sazlamalar

SOCAR istiqrazlarının 19-cu kupon ödənişi edilib

Bakı, 3 avqust, AZƏRTAC

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR istiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 3 avqust tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, 19-cu kupon ödənişi nəticəsində ikinci SOCAR istiqrazlarının investorlarına qazandırdığı gəlir ümumilikdə 21 milyon 375 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkil edəcək).
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 132,2 milyon dollar məbləğində ticarət aparılıb və 1784 əqd bağlanıb. Ümumilikdə, SOCAR istiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 61 milyon 375 min dollar məbləğində faiz ödənişi edilib.
İkinci SOCAR istiqrazlarının növbəti və sonuncu kupon ödənişi tarixi 2 noyabr 2026-cı ildir.

İqtisadiyyat 2026-08-03 14:15:00