×
A
A
A
Sazlamalar

Xətai rayonunun bəzi küçələrinin təbii qaz təchizatında fasilə yaranıb

Bakı, 3 avqust, AZƏRTAC

Aşkar olunmuş təbii qaz sızmasının aradan qaldırılması ilə əlaqədar avqustun 3-də saat 11:30-dan etibarən Xətai rayonunun M.Hadi, X.Məmmədov, K.Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, təbii qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.

İqtisadiyyat 2026-08-03 13:35:00