


Günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb
Bakı, 3 avqust, AZƏRTAC
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərdən 12 nəfər hospitalizasiya edilib, 17-nə yerində tibbi yardım göstərilib, 3-ü isə hospitalizasiyadan imtina edib. Onlardan 17-si kişi, 15-i qadın olub.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəli ərazilərdə suya daxil olmamağa çağırır”,- deyə məlumatda diqqətə çatdırılıb.
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar