


ABŞ Prezidenti: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq qlobal iqtisadi böhran riskindən daha vacibdir
Vaşinqton, 23 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahı hazırlamasının qarşısının alınması qlobal iqtisadi böhran riskindən daha vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, ABŞ lideri bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
“İqtisadi depressiya, əlbəttə ki, çox pisdir. Lakin nüvə silahları daha təhlükəlidir. İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün atdığımız addımlar əksinə, daha təhlükəsiz gələcəyə xidmət edir”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti, həmçinin vurğulayıb ki, Tehran öhdəliklərinə əməl etmədiyi təqdirdə, Vaşinqton bütün zəruri tədbirləri görməyə hazırdır.
“Əgər İran razılaşmaya əməl etməsə və ya qeyri-konstruktiv davranış nümayiş etdirsə, lazım olan hər şeyi edəcəyəm”, – deyə o qeyd edib.
Trampın sözlərinə görə, ABŞ administrasiyası İranın nüvə proqramının hərbi məqsədlərə yönəlməsinin qarşısını almağı milli və beynəlxalq təhlükəsizlik baxımından prioritet hesab edir. O, bu məqsədə nail olmaq üçün əlavə tədbirlərin, o cümlədən hərbi variantların nəzərdən keçirilə biləcəyini istisna etməyib.
İran Hörmüz boğazında insidentlərin qarşısını almaq üçün rabitə kanalı yaradılmasına razılıq verib
Tramp: İranın sanksiyaların ləğvindən əldə edəcəyi vəsait ABŞ-dən ərzaq alınmasına yönəldiləcək
Tramp: Ötən gün Hörmüz boğazından indiyə qədər keçdiyindən daha çox neft daşınıb
Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir