×
A
A
A
Sazlamalar

Tramp: İranın sanksiyaların ləğvindən əldə edəcəyi vəsait ABŞ-dən ərzaq alınmasına yönəldiləcək

Vaşinqton, 23 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması nəticəsində əldə olunacaq vəsaitin ABŞ-dən kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu vəsaitin böyük həcmdə olacağına ümid etdiyini ifadə edib. Onun sözlərinə görə, administrasiyanın İranla bağlı əldə etdiyi son irəliləyişlər çərçivəsində qarğıdalı, soya və digər kənd təsərrüfatı məhsulları amerikalı fermerlərdən satın alınacaq.
“Dondurulmuş vəsaitlərin istifadəsi ABŞ fermerlərindən ərzaq məhsullarının alınmasına yönəldiləcək. Fermerlərimiz bundan çox məmnundurlar. Bu məsələ ilə bağlı çoxlu zənglər almışam və onlar qərarı yüksək qiymətləndiriblər”, – deyə Tramp qeyd edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-06-23 01:05:00