×
A
A
A
Sazlamalar

Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq

Bakı, 22 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iyunun 29-u saat 11:00-da Bakı şəhərində ictimai dinləmə keçiriləcək.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırma” mövzusuna həsr olunacaq.
İctimai dinləmədə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5512) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Sosial ehtiyacların qiymətləndirilməsi üzrə mərkəzi filiala yaxınlaşa bilərlər.

Cəmiyyət 2026-06-22 22:35:00