


Zaqatalada küləyin yaratdığı fəsadlar aradan qaldırılır
Zaqatala, 22 iyun, AZƏRTAC
Zaqatala rayonunda güclü külək bir neçə kənddə ciddi fəsadlar yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlverişsiz hava şəraiti rayonun Maqov kəndinə daha çox zərər vurub. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, güclü külək səbəbindən Maqov kəndində, həmçinin həmin inzibati əraziyə daxil olan Abaylı və Yolayrıc kəndlərində irigövdəli ağaclar aşıb, kommunikasiya xətləri zədələnib, fərdi təsərrüfatlara ziyan dəyib, bir neçə evin və mal tövləsinin damları qismən uçub.
Eyni zamanda, Zaqatala-Maqov-Danaçı-Aşağı Çardaqlar avtomobil yolu ağacların aşması nəticəsində bir müddət bağlı qalıb. Baş verən təbii fəlakətdən sonra rayonun aidiyyəti qurumlarının əməkdaşları tərəfindən kommunikasiya xətlərinin bərpası və yolun açılması istiqamətində tədbirlər görürlər.
Müxbir - Rasim İslamoğlu
Zaqatalada küləyin yaratdığı fəsadlar aradan qaldırılır
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Qəbələdə qastrol səfərində olub VİDEO
Naxçıvanda beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb
Nazir Məcnun Məmmədovun Lerikdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Şimal regionunun intellektual mərkəzi - ADPU-nun Quba filialı 35 illik yubileyini qeyd edir