


Britaniyanın dövlət naziri: Azərbaycan və Qazaxıstanda geniş imkanlar açılır
Ankara, 20 iyun, AZƏRTAC
Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Kris Brayant Türkiyə jurnalistləri ilə söhbətində Azərbaycan və Qazaxıstana qarşıdakı səfərlərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, o, qarşıdakı həftələrdə Bakı və Astanada danışıqların planlaşdırıldığını bildirib.
Dövlət naziri qeyd edib: “Bu ölkələrdə də geniş imkanlar açılır. Bilirəm ki, türk şirkətləri artıq orada fəal şəkildə işləyir. Əminəm ki, “müstəsna tərəfdaşlıq” yaratmaqla, Türkiyə və Böyük Britaniya bəzi digər ölkələrin edə bilmədiyi şəkildə layihələri birgə irəlilədə bilər”.
K. Brayant, həmçinin Türkiyə ilə ticarət həcminin daha da artacağına ümid etdiyini bildirib: “Növbəti illərdə Böyük Britaniya-Türkiyə ticarəti bu il mövcud olan 28 milyard funt sterlinqdən ikiqat arta bilər. Biz buna hazırıq. Bu gün 2050-ci, 2070-ci və 2080-ci illərdə qlobal iqtisadiyyatın necə olacağı barədə düşünməliyik”.
Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib
Ekspert: “Huawei”nin filmi Xınalığın timsalında rəqəmsal inkişafın nəticələrini ortaya qoyur
Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb
Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur