


Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
Cəbrayıl, 13 iyun, AZƏRTAC
İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində fəaliyyət göstərən Horovlu kənd tam orta ümumi təhsil məktəbində “Son zəng” tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, kənd sakinləri və qonaqlar iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasının, məktəblərin yenidən fəaliyyətə başlamasının tarixi əhəmiyyət daşıdığını vurğulayıblar.
Bildirilib ki, 33 illik fasilədən sonra Horovlu kəndində yenidən məktəb zəngi çalınır, şagirdlər müasir təhsil şəraitində oxuyurlar. Bu il məktəbin ilk məzunları təhsil ocağından məzun olaraq yeni həyat mərhələsinə qədəm qoyurlar.
Şagirdlər hazırladıqları bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri ilə çıxışlar ediblər.
Tədbirin sonunda “Son zəng” çalınıb və bununla da işğaldan azad olunmuş Horovlu kəndində 33 ildən sonra ilk dəfə son zəng sədası eşidilib.
Müxbir - Aydın Yavərzadə
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub