


Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Bildirilib ki, paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov və Həsən Həsənli, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, yerli icra hakimiyyətlərinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın, Təhsil İnstitutunun və BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.
“Son zəng” tədbirləri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin XI siniflərini 37 min 222 şagird başa vurub.
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub