


BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
Bakı, 13 iyun, AZƏRTAC
Bakı şəhəri 53 nömrəli tam orta ümumi təhsil məktəbində “Son zəng” tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məzunları təbrik edən məktəbin direktoru Tünzalə Zeynalova onlara gələcək həyatlarında uğurlar arzulayıb. T. Zeynalova rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 2786 şagirdin təhsil aldığını, onlardan 187 nəfərinin bu il məzun olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatında nailiyyətlər arzulayıb, şagirdlərin Vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyinə əminliyini ifadə edib.
N. Hüseynova ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanları yaratmağa xidmət etdiyini, təhsilin əlçatanlığını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb. N. Hüseynova tədris ilində paytaxtın təhsil həyatında yaddaqalan məqamlardan, həyata keçirilən uğurlu layihələrdən və yeniliklərdən danışıb.
Məzunlar üçün yeni həyat mərhələsinin başlandığını qeyd edən Yasamal RİH başçısının müavini Təravət Muradova onlara bu yolda uğurlar arzulayıb. O, gənclərin əldə etdikləri bilikləri cəmiyyətin inkişafı naminə uğurla tətbiq edəcəklərinə ümidvar olduğunu bildirib.
Tədbirdə digər çıxış edənlər “Son zəng” münasibətilə məzunları təbrik edib, onların əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizin inkişafına töhfə verəcəklərinə əminliklərini ifadə ediblər.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO