


Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub
Bakı, 13 iyun, AZƏRTAC
Bakı Fotoqrafiya Evində Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel və ŞKTC Baş nazirinin müavini və turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu çıxış ediblər.
Çıxışçılar ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar.
Qeyd olunub ki, mədəni tədbirlərin keçirilməsi humanitar əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın genişlənməsinə və xalqlarımız arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var