


Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
Ankara, 13 iyun, AZƏRTAC
“Səda” musiqi kursları Türkiyə ilə Azərbaycan arasında mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə və qardaş ölkədə mədəniyyətimizin təbliğinə töhfə verməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azaflı Sosial Dəstək və Mədəniyyət Cəmiyyəti, Türk Dünyası Mədəniyyət Mərkəzi və “Hürriyətçi Eğitim Sen” QHT-nin dəstəyi ilə təşkil edilən akademik konsert proqramının iştirakçıları qarşısında çıxış edən Ankarada fəaliyyət göstərən “Səda” kurslarının direktoru Aytən Rəhimova bildirib.
Onun sözlərinə görə, “Səda” kursları artıq bir neçə ildir ki, Türkiyə paytaxtında fəaliyyət göstərir, beynəlxalq və türk musiqi məktəblərinin əsərləri ilə yanaşı, uşaqları və yeniyetmələri Azərbaycan bəstəkarlarının əsərləri, ölkəmizin xalq musiqisi ilə tanış edir.
“Maraqlananlar, həmçinin kamança və tar da daxil olmaqla müxtəlif alətlərdə ifa etməyi öyrənə bilərlər. Biz tələbələri universitet musiqi fakültələrinə qəbul üçün də hazırlayırıq. Gənc istedadları dəstəkləmək üçün hər şeyi edirik. Əminəm ki, sərhəd tanımayan musiqi xalqları fəal şəkildə bir araya gətirir”, - deyə A. Rəhimova “Səda” kursları tələbələrinin çoxsaylı konsert və çıxışlarını xatırladaraq bildirib.
Kursların rəhbəri ümidvar olduğunu bildirib ki, Azərbaycanda və digər ölkələrdə fəaliyyət göstərən musiqi məktəbi sistemi Türkiyədə də tətbiq olunacaq.
Konsert proqramında “Səda” kurslarının tələbələri ilə yanaşı, yerli rəqs qrupu da iştirak edib.
QHT rəhbərləri və Ankaradakı Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi də daxil olmaqla, mədəni tədbirdə iştirak edən tamaşaçılar musiqi tələbələrinin çıxışlarını yüksək qiymətləndiriblər.
Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var
Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib