


Botanika İnstitutu Milli Qurtuluş Gününü qeyd edib
Bakı, 12 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edib. Professor qeyd edib ki, 1993-cü ildə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında, sabitliyin bərpasında və ölkənin inkişafında həlledici rol oynayıb. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin ərazi bütövlüyünün tam bərpası, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri bunun bariz nümunəsidir.
Tədbirdə institut əməkdaşlarından biologiya üzrə fəlsəfə doktorları dosent Aygün Məmmədova, dosent Sadıq Qarayev, Hilal İmanlı və Şəbnəm İsayeva çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolundan danışıblar.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq
Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub
Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub