×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Bakı, 11 iyun, AZƏRTAC

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla bildirir ki, hazırda aşağıdakı istiqamətlərdə sıxlıq yaranıb:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.

Cəmiyyət 2026-06-11 08:40:00