×
A
A
A
Sazlamalar

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Bakı, 11 iyun, AZƏRTAC

Heydərabad stansiyasından 14 kilometr şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 09:57-də qeydə alınıb.
3 kilometr dərinlikdə baş vermiş 3,2 maqnitudalı yeraltı təkan 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss edilib.

Cəmiyyət 2026-06-11 10:43:00